Azərbaycandan Türkiyəyə BAŞSAĞLIĞI
31 Oktyabr 2026, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
544
14.04.2022, 18:59
Azərbaycanda mərc oyunlarının gətirdiyi faciələrin sayı getdikcə artır. Əsasən kişilərin və gənc nəslin qurşandığı bu bəla ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Borc vaxtında qaytarılmadıqda isə cinayət hadisələri baş verir. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən "Topaz" bir çox tanınmış insanlar tərəfindən tənqid olunur. Məsələ ilə bağlı tanınmış hüquqşünas-vəkil Aslan İsmayılov Demokrat.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə “Topaz”dan böyük əxlaqsızlıq yoxdur.
“Fahişəxanalar ilə qumarxanalar arasında heç bir fərq yoxdur. Ən dəhşətlisi isə odur ki, bu qumarxanalar əhalinin kasıb-savadsız təbəqəsini rəzil vəziyyətə, pis günə salır. Ölkəmizdə fəaliyyətinə icazə verilən “Topaz” açıq-aşkar qumarxanadır. Bilirsiniz ki, ölkəmizdə qumarxanalar qadağandır. Amma, onları “Topaz” və s. kimi minbir adla ölkənin hər tinində, bucağında açırlar. Normal ölkədə belə bir şey ola bilməz. Onu da qeyd edim ki, bunun arxasında duranların hamısı yüksək məmur təbəqəsidir”.
Hüquqşünasə əlavə etdi ki, bu cür məkanlar xalqa qarşı soyqırımdır:
“Bu barədə mənə yazanlar çoxdur. Buna görə, neçə ailələr viran olub. Yüzlərlə gəlinlər, bacılar, analar ağlar qalıb. Bu, elə narkomaniya kimi bir şeydir. Təsəvvür edin ki, açıblar və bir mağazada narkotik satırlar. Mənim üçün bunların heç bir fərqi yoxdur”.
12:28 / 31 Oktyabr 2026
15
12:23 / 31 Oktyabr 2026
66
12:10 / 31 Oktyabr 2026
36
11:42 / 31 Oktyabr 2026
66
11:40 / 31 Oktyabr 2026
106
11:36 / 31 Oktyabr 2026
227
11:34 / 31 Oktyabr 2026
64
11:15 / 31 Oktyabr 2026
858
11:12 / 31 Oktyabr 2026
76
11:10 / 31 Oktyabr 2026
149
10:25 / 31 Oktyabr 2026
90
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
376
00:59 / 31 Oktyabr 2026
143
00:50 / 31 Oktyabr 2026
654
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
316
00:07 / 31 Oktyabr 2026
151
00:03 / 31 Oktyabr 2026
894
00:02 / 31 Oktyabr 2026
211
23:56 / 30 Oktyabr 2026
123
23:46 / 30 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.