Bu şəxslər evlərini itirəcək
31 Oktyabr 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
384
13.04.2022, 19:32
"Ağır silahlarla təchiz olunmuş Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz".
OXU24.COM APA-ya istinadən bildirir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O xatırladıb ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
"Rusiya əmin idi ki, Ukraynanı 5 günə işğal edəcək. Bu, bizim ölkəmizi məhv etmək, demokratiyamızı çökdürmək üçün onların təyin etdiyi zaman kəsimi idi. Lakin onların kimə qarşı savaşacaqlarına dair aydın bir fikri yox idi. Ruslar bilmirdilər ki, biz öz azadlığımızı necə qiymətləndiririk", - Zelenski bildirib.
Zelenski qeyd edib ki, ötən bu müddət ərzində Ukrayna qüvvələri Rusiyanın çox sayda silah və hərbi texnikasını məhv edib: "Lakin bu kifayət deyil. Rusiya hələ də yalnız Ukraynaya deyil, Polşaya, Moldovaya, Rumıniyaya və Baltik ölkələrinə hücum etmək gücünə malikdir. Əgər Ukraynanın azadlığı əldən gedərsə, bu ölkələr növbəti hədəf ola bilər. Buça və Mariupoldan olan görüntülər Rusiyanın dünya üçün real niyyətlərini nümayiş etdirir. Bu, yalnız silahın gücü ilə dayandırıla bilər və bu istiqamətdə indi addım atılmalıdır".
Zelenski vurğulayıb ki, Ukraynanın ağır artilleriyaya, zirehli maşınlara, havadan müdafiə sistemlərinə və döyüş təyyarələrinə ehtiyacı var: "Mümkün qədər daha çox 152 və 155 millimetrlik artilleriya mərmilərinə, "Qrad", "Smerç", "Tornado", M142 HİMARS-lara, silahlı heyəti daşımaq üçün zirehli avtomobillərə, T-72 və oxşar tanklara, S-300 və BUK kimi havadan müdafiə sistemlərinə ehtiyacımız var. Şəhərlərimizi blokadadan çıxartmaq, milyonlarla ukraynalının və avropalının həyatını xilas etmək üçün hərbi təyyarələr lazımdır.
Qərb ölkələrinin bunu etməsi üçün bütün imkanları var. Ukraynanı silahlandırın, azadlığı xilas edin!", - Ukrayna lideri vurğulayıb.
O diqqətə çatdırıb ki, əlavə silahlar olmasa, bu müharibə səfalət, əzab və dağıntıları yayan sonsuz qan gölünə çevriləcək. "Mariupol, Buça, Kramatorsk - siyahı davam etdiriləcək. Ağır silahlarla təchiz olunmuş Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz".
13:49 / 31 Oktyabr 2026
15
13:37 / 31 Oktyabr 2026
244
13:35 / 31 Oktyabr 2026
46
13:00 / 31 Oktyabr 2026
60
12:52 / 31 Oktyabr 2026
153
12:42 / 31 Oktyabr 2026
510
12:28 / 31 Oktyabr 2026
80
12:23 / 31 Oktyabr 2026
762
12:10 / 31 Oktyabr 2026
74
11:42 / 31 Oktyabr 2026
93
11:40 / 31 Oktyabr 2026
233
11:36 / 31 Oktyabr 2026
374
11:34 / 31 Oktyabr 2026
76
11:15 / 31 Oktyabr 2026
1233
11:12 / 31 Oktyabr 2026
84
11:10 / 31 Oktyabr 2026
190
10:25 / 31 Oktyabr 2026
95
10:24 / 31 Oktyabr 2026
81
09:22 / 31 Oktyabr 2026
97
04:25 / 31 Oktyabr 2026
389
00:59 / 31 Oktyabr 2026
148
00:50 / 31 Oktyabr 2026
701
00:24 / 31 Oktyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.