Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67763
az

80% insanlar 40 yaşdan sonra...

21:2103 Aprel, 2022
1065
CƏMİYYƏT
  • A

Dünyada 80% insan diş itkisinə 40 yaşından sonra qarşılaşır. Bunun başlıca səbəbi dişləm pozulması və çənədə gedən dəyişikliklərdir.

OXU24.COM bakupost.az-a istinadən bildirir ki, çox insan gənc yaşlarından ortodonta gedib diş düzülüşü və alt-üst çənənin sümük sisteminin düzəldilməsi ilə məşğul olmalıdır.

Lakin onlar yalnız dişlərinə kariyes düşəndə stomatoloq axtarır, qalan ağız, diş və sümük problemlərinə təbii yanaşır.

İnsanlar ortodontik problemlərə pul xərcləmək istəmir, sonradan isə tökülən və itirilən dişlərinə ondan da çox vəsait və vaxt sərf edir.

Dişlərin funksional vəziyyəti uşaqlıqdan valideynləri düşündürməlidir.

Dişlər yerini dəyişəndə nə baş verir?

Dişlərin bir-birinə toxunuşu, üst-üstə oturuşu düzgün olmur, elə dişlər var ki, bir birinə heç toxunmur, biri digərindən aralı qalır.

Bu o deməkdir ki, o dişlər çeynəmə prosesində iştirak etmir, qalan dişlər daha çox təzyiqə məruz qalır. 3 dişin işini bir diş görür, nəticədə tacın hündürlüyü azalır, diş emalı tez yeyilir.

Çeynəmə prosesi pozulduğundan çənə və ağız əzələləri əziyyət çəkir, dişlər şaqqıldayır, diş dibləri boşalır, ağrı, xırçıltı səsi gəlir, gələcəkdə daha ciddi problemlər baş qaldırır, hansı ki, onların həlli bəzən mümkün olmur.

Alt və üst çənədə dişlərin kökdən düzülüşündə yanlışlıqlar onların vaxtından əvvəl boşalmasına, yaxşı təmizlənmədiyindən tez çürüməsinə, eləcə də insanın çətin nəfəs almasına, burun problemi və xoruldamasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub