Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67540
az

Yorulub, əldən düşürüksə, çarəni nədə tapaq? - Həkim yazır

21:5329 Mart, 2022
348
CƏMİYYƏT
  • A

Digər xarakterik simptomlara aşağıdakılar daxildir:

Dinləndirici olmayan yuxu
Yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər
 Yatılı  və ya oturaq vəziyyətdən   ayaqüstə qalxarkən artan başgicəllənmə
Bu vəziyyət həmçinin mialgik ensefalomielit (ME)  olaraq da adlandırılır. Viral infeksiyada və ya stressdən tutmuş bir çox nəzəriyyələr olsa da, xroniki yorğunluq sindromunun dəqiq səbəbi məlum deyil. Bəzi alimlər xroniki yorğunluq sindromunun eyni zamanda  bir neçə faktor tərəfindən tətikləndiyini düşünürlər.

 

Əlamətləri

Xroniki yorğunluq sindromunun simptomları insandan insana dəyişir və həmçinin simptomların şiddəti də gündən-günə dəyişir. Simptomlar aşağıdakılardır:

Hər zaman özünü son dərəcə yorğun hiss etmək-gündəlik işləri görmək belə çox çətin ola bilər.

 Yaddaş və konsentrasiya ilə bağlı problemlər

 İstirahətdən və ya yatdıqdan sonra da yorğunluq hissinin keçməməsi

 Fiziki fəaliyyətdən  sonra enerjini bərpa etmək üçün uzun müddət lazım olur

Gecə tez-tez oyanmaq kimi yuxu problemləri

Həmçinin bəzi insanlarda digər simptomlar da ola bilər:

Boğaz ağrısı

Baş ağrıları

Boyunda və qoltuqaltında böyümüş limfa düyünləri

Səbəbsiz əzələ və oynaq ağrıları

Qripə bənzər simptomlar

Başgicəllənmə və ya xəstələnmə

Sürətli və ya nizamsız ürək döyüntüləri (ürək çırpıntıları)

      

Səbəbləri

Xroniki yorğunluq sindromunun səbəbi hələ də məlum deyil. Bəzi insanlar bu pozğunluğa meylli doğula bilər və bu da sonra amillər bir araya gəlincə tətiklənə bilər. Tətikləyicilərə aşağıdakılar daxildir:

Viral infeksiyalar: Bəzi insanlar virus infeksiyası keçirdikdın sonra xroniki yorğunluq sindromu inkişaf etdiyinə görə tədqiqatçılar bəzi virusların bu sindromu tətiklədiyini düşünürlər. Şübhəli viruslara Epişteyn-Bar virusu, İnsan Herpes virusu 6 aiddir. Hələlik isə tam əlaqə tapılmayıb.

İmmun sistemin problemləri: Xroniki yorğunluq sindromu olan insanların immun sistemləri bir qədər zəifləmiş kimi görünür, lakin bunun sindroma səbəb olub-olmaması tam bəlli deyil.

Hormonal dizbalans: Xroniki yorğunluq sindromu olan insanlarda bəzən hipotalamus, hipofiz və böyrəküstü vəzilərdə istehsal olunan hormonların qanda səviyyələri normal olmur. Ancaq bu anormallıqların əhəmiyyəti hələ də bilinmir.

Fiziki və psixi travmalar: Bəzi insanlar simptomları başlamadan qısa müddət əvvəl bir yaralanma, əməliyyat və ya önəmli bir psixi stress yaşadıqlarını bildirirlər.

 

     

                                                                                                                                                                                                                                                                       

                                                  

Müalicə

Müalicə simptomları aradan qaldırmaq məqsədi daşıyır. Müalicəyə daxildir:

Koqnitiv davranış terapiyası

enerjinin idarə edilməsi-burada sizə simptomlarınızı daha da pisləşdirmədən malik olduğunuz enerjidən ən yaxşı şəkildə necə istifadə etmək barədə məsləhətlər verilir.

Ağrı və yuxu problemleri kimi simptomları aradan qaldırmaq üçün  dərmanlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı