Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67255
az

Zaqatalada ana doğuşdan sonra öldü

18:4822 Mart, 2022
269
  • A

Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib.

OXU24.COM APA-ya istinadən bildirir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.

Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Zaqatala RMX-dan APA-ya bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.

Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu