Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Putin müharibənin dayandırılmasından danışdı: Bu şərtlər var

SON DƏQİQƏ! Putin müharibənin dayandırılmasından danışdı: Bu şərtlər var

CƏMİYYƏT

2118

18.03.2022, 14:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün tələblərini açıqlayıb.
 

Oxu24.com  Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.
 
Ərdoğanın müşaviri İbrahim Kalın açıqlamasında Rusiyanın tələblərinin iki kateqoriyaya bölündüyünü deyib.
 
Kalın Rusiyanın tələblərini açıqlayıb və Ukraynanın müəyyən şərtlərlə bu tələbləri yetirə biləcəyi bildirib.
 
Həmin şərtlər bunlardır: 
 
- Ukraynanın neytral statusu,
- Ukraynanın NATO-ya üzv olmaqdan imtinası,
- Ukraynanın Kremlin özü üçün yetərli hesab etdiyi səviyyəyə qədər tərksilah edilməsi,
- Ukraynada "rus dilinin mühafizəsinin təmin edilməsi”,
- "Denazifikasiya” prosesinin həyata keçirilməsi  
 
Rusiya prezidetininn digər tələbi isə Rusiya Federasiyasının nəzarətində olan Donbass və Krım əraziləri ilə bağlı olub. Amma Türkiyə bu maddələrin məzmununu açıqlamayıb.