Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67035
az

Bu zikrlər ruzini artırar, nemətləri daha da genişləndirər

22:2716 Mart, 2022
495
  • A

Bu zikrlər ruzini artırar, nemətləri daha da genişləndirərİmam Əli (ə) buyurur: "Ey Kumeyl! Əgər çətinlik sənə üz versə, çoxlu de:
لا حول و لا قوه الا بالله العلی العظیم" ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim"). Əgər Allah tərəfindən sənə nemət çatsa, çoxlu de: "Əlhəmdulillah" ki, daha çox artsın. Ruzin gec gələn zaman de: استغفرالله ربی و اتوب الیه ("Əstəğfirullahə Rabbi və ətubu iləyh").

Ziklər insanın qəflətini aradan apardığı kimi, həm də səbəb olar ki, insan İlahi maarifi öyrənsin. Axirəti üçün azuqə toplaya bilsin.

Bəzən insanı günaha tərəf dəvət edirlər, bu zaman yollar bağlanır. İnsan bilmir ki, həmin yol günah yoludur və həmçinin bilmir ki, bu yol niyə bağlandı.

Sonra başa düşür ki, onu günah məclisinə dəvət etmişdilər. Başa düşür ki, bu yolu bağlayan - həmin İlahi hövl olmuşdur ki, onunla günah arasında pərdə yaratmışdı.

Həzrət Peyğəmbər (s) لا حول و لا قوه الا بالله العلی العظیم ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyul-azim") zikrini əşri həml edən mələklərin zikri kimi tanıtmışdır.

Həmçinin hədisdə oxuyuruq ki, bu mələklərə ərşi həml etmək əmr olunan zaman bu zikri onlara öyrədiblər. Bu zikr - mələklər üçün çətinlikləri dəf etmək vasitəsidir.

Bir nəfər kişi xəstəliyi üzündən Həzrət Peyğəmbərin (s) xidmətinə gələ bilmirdi. Həmin kişi gələn zaman, Həzrət Rəsuli-Əkrəm (s) ona buyurdu: "Nə səbəb olub ki, bizim yanımıza gec gəlirsən?".

Deyir: "Xəstəlik və yoxsulluq".

Həzrət Peyğəmbər (s) buyurur: "Sənə elə bir dua öyrədim ki, Allah onun vasitəsilə xəstəlik və yoxsulluğu dəf etsin?".

Deyir: "Bəli".

Buyurur: "De:

"لا حول و لا قوة الا بالله العلى العظیم، توكلت على الحى الذى لا یموت و الحمدلله الذى لم یتخذ(صاحبة و لا) ولدا و لم یكن له شریك فى الملك و لم یكن له ولى من الذل و كبره تكبیرا."

Bir müddət keçir və həmin kişi gəlib Peyğəmbərə (s) deyir ki, mənim xəstəliyim və yoxsulluğum da dəf oldu".


İnsanın ruzisinin artmasına səbəb olan amil - şükür və həmddir. Əgər hər kim ruzinin çox olmasını istəyirsə, Allaha həmd etsin.

Bu şükür dil şüküründən ürək şükürünə qədər gedib çatar. Həqiqi şükür odur ki, insan nemətdən kamala çatmaq yolunda istifadə edər. Hər cür ifrat və israfdan uzaq olar.

Günah insanın ruzisinin ona çatmasına mane olar. Ona görə də insan hər gün etdiyi günahlarına görə tövbə etməlidir.

Tövbə etməyin səmərələrindən biri də insanın iqtisadi çətinliklərinin həll olmasıdır. "Və dedim ki: "Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır".

"Göydən (buluddan) sizə bol yağış göndərsin".

"Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın". ("Nuh" 10-12).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim çoxlu istiğfar edər, Allahdan üzrxarlıq istəyər - Allah hər qüssədən ona rahatlıq verər. Hər bir çıxılmaz vəziyyətdən çıxış yolu qoyar. Ona güman etmədiyi yerdən ruzi verər".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ruzini ləng əldə edir, gərək istiğfar edib, Allahdan bağışlanma istəsin".

Əmirəl-möminin (ə) buyurur: "İstiğfar və Allahdan bağışlanma istəmək insanın ruzini artırar".

İmam Əli (ə) yenə buyurur: "Çoxlu istiğfar edin və Allahdan üzr istəyin ki, ruzini cəzb edəsiniz"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub