Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66899
az

Mobil telefonlar görün nə ilə əvəzlənəcək - Bill Geytsdən İNQİLABİ PROQNOZ

18:5714 Mart, 2022
368
CƏMİYYƏT
  • A

Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər.

OXU24.COM Big.az-a istinadən xəbər verir ki, bu proqnozu "Microsoft" şirkətinin qurucusu Bill Geyts edib.

Yeni inqilabi ixtira haqqında ətraflı danışan milyarder qeyd edib ki, dəridə edilən elektron tatular tibbi məlumatları toplayıb idarə edə biləcək.

Hazırda hazırlanmaqda olan bu cihaz yeni texnoloji fenomen olacaq və əlavə heç bir vasitədən istifadə etmədən qan təzyiqini, ürək döyüntüsünü, qanda oksigen dərəcəsini ölçəcək, həmçinin mobil telefonların funksiyalarına malik olacaq.

Geytsin sözlərinə görə, adi tatudan fərqli olaraq, burada çernildən əlavə, çiplərdən və elektrik istehsal edən nanotexnologiyalardan istifadə olunacaq,

"Chaotic Moon Studios" tərəfindən yaradılan bu döymələr insan təhlükədə olduğu zaman həkimə yardım siqnalları göndərə biləcək.

"İldə bir dəfə həkimin konsultasiyasına yazılmaq əvəzinə, bədənə ildə bir dəfə vurulan bu tatu orqanizmin vəziyyətini nəzarətdə saxlayacaq və məlumatları həkimə göndərəcək. Narahatlığa səbəb olduqda, ekspertlər sizinlə əlaqə saxlayacaqlar", - deyə Geyts açıqlayıb.

Mobil telefonlar istehsal edən şirkətdən bildirilir ki, gələcəkdə istifadəçilər özləri də xüsusi aparat vasitəsilə, ağrısız və allergiya riski olmadan tatunu dərilərinə vura biləcəklər.

Burada əsas məqsəd sözgedən cihazı smartfon kimi istifadə etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı