Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66867
az

SON DƏQİQƏ! Azərbaycan Avopada birinci oldu

23:2313 Mart, 2022
2475
CƏMİYYƏT
  • A

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.

Oxu24.com-un məlumatına görə, Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan komanda 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub. Türkiyə (151 xal) ikinci, Gürcüstan (149 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millisinin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
Bacı-qardaş dəm qazından zəhərləndi, biri öldü
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA