Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6627
az

Xoşbəxt olmaq istəyirsinizsə, balıq yeyin

21:2731 Oktyabr, 2018
726
  • A
 Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.

Oxu24.com axşam.az-a istinadən balığın insan orqanizminə olan faydaları haqda məlumat verir:

- Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.

- Xolesterinin maddələr mübadiləsini nizamlar: Balığda bol miqdarda olan Omega-3-ün damar genişlədən xüsusiiyəti var. Buna görə ürək və damar xəstəliklərinə qarşı təsirlidir.

- Şəkər xəstələri üçün faydalıdır: Şəkər xəstələri ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

- Balıq kırışıklara qarşı təsirlidir: Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını bildirilir.

- Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.

- Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır: Tərkibində serotonin olduğundan balıq yedikdə, özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz.

- Balıq yeyən qadınların uşaqları daha ağıllı olur: İngiltərədə edilən bir araşdırma hamiləliklerində balıq yağı baxımından zəngin bir diyeta tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu.

- Yağ nisbəti azdır: İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəzi yollarda duman olacaq
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü