Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65764
az

Həkim məsuliyyətsizliyi: Korona xəstəsini diri-diri “BASDIRDILAR”

22:2822 Fevral, 2022
296
CƏMİYYƏT
  • A

"Morqdan mənə zəng etdilər ki, ananın meyitini gəl təhvil al. Təəccüb etdim. Kimin meyitini, bu necə olur... Dedim ki, anam uzun müddətdir sizin xəstəxanada deyil axı...”.

Bunu Rusiyanın Nijni Novqorod vilayətinin Kstova şəhər sakini Dmitri Davıdov tibb işçilərinin məsuliyyətsizliyindən danışarkən deyib.


Onun sözlərinə görə, anası koronavirusa yoluxub. Anasının getdikcə ağırlaşdığını görən Dmitri  valideynini Kstovo Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Ancaq müalicə gözlənilən nəticəni verməyib. Belə olan halda, Dmitri anasını xüsusi təcili yardım maşını ilə Moskvadakı klinikalardan birinə aparır. 

Bir müddət sonra Dmitriyə Kstovadakı xəastəxananın morqundan anasının ölmü ilə bağlı məlum zəng gəlir. Davıdovun dediyinə görə, sonradan həkimlər ona zəng vuraraq üzrxahlıq ediblər.

Kstovo Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi səhvini etiraf edib. Xəstəxananın baş həkimi Aleksandr Tsopovun sözlərinə görə, qəbul şöbəsində ölən digər qadınla Dmitrinin anasının sənədləri qarışıq düşüb. Baş həkim tibb işçilərinin cəzalandırılacağını bildirib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü