Ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə təsis edilən təqaüdün məbləği artırılıb.
Oxu24.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Pensiya alanlara şad xəbər: Rəsmi xəbər indilərdə açıqlandı
Polisin məhv etdiyi Aydın görün kim imiş - FOTOSU YAYILDI
TƏCİLİ XƏBƏR! AMEA-DA həbslər başladı
Oxu24.com
ŞƏRHLƏR