Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65339
az

Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə iş aparılır - VİDEO

19:2314 Fevral, 2022
222
CƏMİYYƏT
  • A

Ölkəmizdə yeni enerji növlərinin istehsalı üzrə ciddi iş aparılır. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, təbii qaz, neft məhsulları və həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir. Eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. 

 Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, gücü 750 meqavat olan ''Yaşma'' yarımstansiyanın və 385 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının istifadəyə verilməsi birbaşa ölkənin enerji dayanıqlığına xidmət göstərəcək.  

İqtisadçı- ekspert Elşad Məmmədovun sözlərinə görə, 2021-ci ildə  ölkədə istehsal olunmuş elektrik enerjisinin təqribən 5 faizdən çoxu ixraca istiqamətlənib. Bu onu deməyə əsas verir ki, Azərbaycan həm də elektrik enerjisi ixracatında yerini möhkəmləndirmək niyyətindədir.

Həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizin enerji ixracatına böyük töhfə verəcək.

Ekspert hesab edir ki Türkiyə istiqamətində ixrac genişlənəcək.  Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşımaqla ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü