Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65230
az

SON DƏQİQƏ! Azərbaycanda iki polkovnik vəfat etdi

13:0512 Fevral, 2022
953
CƏMİYYƏT
  • A

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan 2 polkovniki vəfat edib.

Oxu24.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Azad Kamalov 71, Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Xəzər Abbasov isə 54 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Xəzər Abbasov vəfat edib

O, evində olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Ehtiyatda olan polkovnik Fəxri Qarovul dəstəsinin iştirakı ilə “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Abbasov Xəzər Həmid oğlu 1968-ci ildə Bakıda anadan olub. O, Minsk Ali Hərbi və Siyasi Məktəbinin məzunudur. Döyüş bölgəsindəki fəaliyyəti ilə yanaşı, Müdafiə Nazirliyinin əks-kəşfiyyat idarəsində də müxtəlif vəzifələrdə çalışıb. Bundan başqa, Xəzər Abbasov əvvəllər Azərbaycanın Qazaxıstandakı və Gürcüstandakı səfirliklərinin hərbi ateşşesi vəzifəsində də işləyib. O, daha sonra xidmətini Müdafiə Nazirliyində davam etdirib. Polkovnik Abbasov xidmətdə ikən müxtəlif medal və ordenlərlə təltif edilib. 

4 il öncə ehtiyata çıxan polkovnik Abbasovun bu gün 54 yaşı tamam olacaqdı.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı