Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64393
az

SON DƏQİQƏ! Əhaliyə rəsmi xəbərdarlıq edildi: “Omikron” ştamı sürətlə yayılmağa başlayıb”

12:5527 Yanvar, 2022
659
CƏMİYYƏT
  • A

Azərbaycanda koronavirusun “Omikron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir.

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”, - o vurğulayıb.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omikron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: “Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

SON DƏQİQƏ! Nazirlər Kabineti qərarda dəyişiklik etdi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslərə birdəfəlik müavinət verilib
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar - SİYAHI
Ötən il 293 erkən evliliyin qarşısı alınıb

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub