Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64366
az

Ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadınla bağlı - RƏSMİ AÇIQLAMA

20:5926 Yanvar, 2022
253
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb. 1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olan H.Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

OXU24.COM xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir:

"Pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir.

Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb.Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib.

Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü