Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64206
az

"Soyuq havalardan qorunmağın ən yaxşı yolu..."

18:0022 Yanvar, 2022
232
CƏMİYYƏT
  • A

Havalar soyuduqca və rütubət artdıqca virusların yayılma sürəti də artır, nəticədə immunitet zəifləyir, bədən temperaturu isə çöl mühitinə uyğunlaşa bilmir. Belə havalarda vətəndaşlar qapalı məkanda daha çox vaxt keçirdiyindən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalı da artır.

OXU24.COM xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Burun və alın ciblərində iltihab və yaxud yuxarı tənəffüs yollarında, məsələn, burun və ya ağız boşluğunda infeksiya varsa, hava kütləsinin bir-birini əvəz etməsi adətən virus və bakteriyaların daha tez canlanmasına səbəb olur. Bu da orqanizmdə nəm mühitin isinməsi və münbit mühitin yaranması nəticəsində yuxarı tənəffüs yollarının infeksiyasına, COVID-19-un yaranmasına, digər virusların daha da aktivləşməsinə aparıb çıxara bilər".

Həkimlərin dediyinə görə, qoruyucu vasitələrdən kifayət qədər istifadə etməmək, otaqları vaxtaşırı havalandırmamaq da virusun aktivləşməsində mühüm rol oynayır. Havanın temperaturuna uyğun geyinmək isə mütləq şərtlərdən biridir.

Həkim-terapevt Mətanət Cəfərova bildirib: "Soyuq havalardan qorunmağın ən yaxşı yolu kəskin temperatur fərqi yaşamamaqdır, yəni havanın temperaturuna uyğun geyinməkdir. Hədsiz çox qalın geyinmək də bəzən xəstələnməyə səbəb olur. Evi hədsiz çox qızdırmaq olmaz, xüsusən də uşaqlar olan otaqları və yataq otağını hədsiz çox isitməyin özü də kəskin temperatur fərqinə və xəstələnməyə səbəb ola bilər. Temperaturu hər zaman optimal saxlamaq məsləhət görülür".

Soyuq havalarda balanslı qidalanmaya diqqət yetirmək lazımdır. Qida rasionuna bol vitaminli meyvə və tərəvəz əlavə edilməlidir. Çoxlu maye qəbulu da orqanizmi xəstəliklərdən uzaq tutan vacib şərtlərdən biridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub