Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63311
az

Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq – RƏSMİ

22:0401 Yanvar, 2022
212
CƏMİYYƏT
  • A

“Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu ilk növbədə Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək”.

OXU24.COM xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, proqramın yaxınlarda yekunlaşması nəzərdə tutulub:

“Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə də bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolunun inşası qrafikə uyğun növbəti il də davam etdiriləcək”.

E.Hüseynov qeyd edib ki, vətəndaşlarımızın tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: “Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, həm kiçik, həm də orta biznes nümayəndələri üçün imkan yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub