9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1057
16.12.2021, 09:30
Mərkəzi sistemdən istiliklə təmin olunan evlərin istilik təchizatı kəsilməyəcək. Çünki "Azəristiliktəchizat"ın "Azəriqaz"a yaranan borcunu dövlət ödəyəcək. Bu məqsədlə ilkin olaraq 12 milyon manat ayrılıb. Bir neçə ildir ki, iki qurum arasında borc qalmaqalı yaranır və bundan vətəndaş əziyyət çəkir. Üstəlik borcun dövlət tərəfindən ödənilməsi büdcə üçün də ayrı bir yükdür. Problemin səbəbləri nələrdir . Və həlli üçün nə lazımdır?
Oxu24.com xəbər verir ki, "Azəristiliktəchizat" ilə "Azəriqaz" arasında yaranan borc qalmaqalına dövlət müdaxilə edib. Həmin borcun ödənməsini dövlət öz üzərinə götürüb.
"Azəriqaz"ın şöbə rəisi Eldəniz Vəliyev bildirib ki, dövlət ilkin mərhələdə borcun 12 milyon manatının ödənməsini təmin edib.
Bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur. Ancaq maraqlısı odur ki, hər ilin bu vaxtları "Azəristiliktəchizat"ın "Azəriqaz"a küllü miqdarda borcu olduğu üzə çıxır. İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu problemin kökündən həll edilməsi üçün kompleks tədbirlərə ehtiyac var
Bundan başqa tarif şurasının qəbul etdiyi qərarların ''Azəristiliktəchizat''ın göstərdiyi xidmətlərin maya dəyərinə təsirləri ölçülməli və buna uyğun addımlar atılmalıdır. Bütün hallarda vətəndaşların əziyyət çəkməmələri üçün bu məsələ yay mövsümündə gündəmə gətirilməli və həlli prosesi həyata keçirilməlidir.
''Azəristiliktəchizat''ın xidmət rəisi Rafiq Əliyev də borcunun yaranmasının səbəblərini açıqlayıb.
Qeyd edək ki, əksər hallarda yığılan debitör borc dövlət tədəfindən ödənilir ki, vətəndaşlar bundan əziyyət çəkməsin. Bu isə büdcəyə ciddi yük deməkdir. Rafiq Əliyev bildirdi ki, borc sarıdan bütün qaranlıq məsələləri araşdırmaq üçün 3 qurumun iştirakı ilə işçi qurupu fəaliyyətə başlayıb və həmin məsələlər tam aydınlaşdırılacaq.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.