9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
14.12.2021, 18:26
"AzerTelecom" şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi 5-8 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində "Dubai Expo 2020" çərçivəsində keçirilmiş "VI İnnovasiya Dövrü 2021" forumunda təqdim edilib.
İnnovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş və 50-dən çox məruzəçinin qatıldığı forumda mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misalları, ən yaxşı layihələri təqdim ediblər.
"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev forumda çıxış edərək "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi barəsində ətraflı məlumat verib. O Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə ən qısa rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq layihənin regional bağlantı xidmətlərinin inkişafına, rəqəmsallaşmaya, Qafqaz, Mərkəzi və Cənubi Asiya regionlarında telekommunikasiya sahəsində əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
"Ölkəmizin əlverişli coğrafi yerləşməsi - Qərblə Şərqin kəsişməsində unikal mövqeyi "Rəqəmsal İpək Yolu" kimi strateji layihənin icrasında böyük imkanlar yaradır. Forum intensiv rəqəmsallaşma dövründə layihəmizə mühüm marağın olduğunu bir daha göstərdi. Tədbir layihənin təqdimatı və keçirilmiş müzakirələr baxımından səmərəli oldu və biz Yaxın Şərq ölkələrindən olan bir sıra şirkətlərlə faydalı fikir mübadiləsi apardıq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik"- deyə Fuad Allahverdiyev qeyd edib.
"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
Şirkət Avropanı Orta və Cənubi Asiyaya bağlayan irimiqyaslı rəqəmsal infrastruktur layihəsi olan "Rəqəmsal İpək Yolu" layihəsini icra edir. "NEQSOL Holding"in təşəbbüsü ilə həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da keçirilən "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.
Məqaləyə dair fotomateriallar:

04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.