Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62529
az

Hər gün yumurta yemək zərərlidirmi?

23:2612 Dekabr, 2021
433
CƏMİYYƏT
  • A

Yumurta D, A, E, B12 vitamini və zülal mənbəyi olan vacib qidadır. Sağlam qidalanmanın əsasını təşkil edir. Lakin bəzi səbəblərdən yumurta bəzən qara siyahıya salınır . Hər gün mütəmadi yumurta yemək orqanizmə zərərlidir, yoxsa faydalı?

Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Şon Ollt yumurta yeməyin faydalarını açıqlayıb:

"Yumurtada zülal və yağın kombinasiyası, eləcə də onda B12 olması orqanizmə enerji ehtiyatı verir. Yumurta yedikdən sonra insan ən azı 3-4 saat enerjili olur. Bu da idmançılar üçün vacibdir. Yumurta insan orqanizminə ən uyğun qidadır. İmmun sistemə dəstək üçün lazımdır. O selenle zəngindir, bu da güclü antioksidantdır.

Yumurta sümük, əzələ, beyin üçün də lazımdır. Xolin və Omeqa 3 beynin fəaliyyəti üçün vacibdir.

Bir yumurtada sutkalıq B12 vitamini normasının 40% var.

Qanda B 12 azalması yaddaş pozulması. psixoz, depressiya, maniyaya səbəb olur. Psixi, ruhi sağlamlıq üçün də yumurta yeyilməlidir".

Çoxsaylı elmi tədqiqatlar göstərib ki, səhər yeməyinə yumurta yeyən adamlar daha gümrah, ağıllı, sakit, güclü olur, gec acıyır, gün ərzində enerjili olur.

Amma yumurtanı suda bişmiş və ya paşot formada (yəni suda qayğanaq formasında bişirməklə), yağsız, duzsuz yemək lazımdır.

Omleti bir az qaymaqla çala bilərsiz.

Yumurta damarlarda xolesterini artırmaq baxımdan zərərli ola bilər.
Lakin elmi araşdırmalar göstərib ki, yumurta pis yox, yaxşı xolesterini artırır.

Yumurta 70% hallarda xolesterinin səviyyəsinə təsir etmir.

Hələ dəqiq olaraq yumurtanın insanda ürək-damar xəstəlikləri yaratması barədə elmi sübut yoxdur. Yumurta artıq ürək-damar sistemi xəstə, damarları aterosklerozlu olanlara təsir edə bilər. O da 70% halda baş vermir.

Diabet və ürək xəstələri həftədə 4-5 ədəddən çox olmayaraq yağsız bişmiş yumurta yeyə bilərlər. Qalan sağlam insanlar gündə 1 ədəd yumurta yeməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ