Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verdi - YENİLƏNİB

Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verdi - YENİLƏNİB

CƏMİYYƏT

444

12.12.2021, 20:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

10:42

Xalq artisti Ramiz Novruz səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."

--------

09:12

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruzun vəziyyəti ağırlaşıb.

OXU24.COM APA-ya istinadla xəbər verir ki, bu haqda aktyorun oğlu Cavidan Novruz məlumat verib. O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.

İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.

Allah şəfa versin.