Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62357
az

Kiloqramı 10 min dollara satılan ləçək - VİDEO - FOTO

23:2508 Dekabr, 2021
387
CƏMİYYƏT
  • A

Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəranın 3 min əvvələ söykənən qədim tarixi var. Bu bitkinin 70 cinsə aid 1800 növü məlumdur. Mərkəzi Asiyada 75, Qafqazda 12, Azərbaycanda 6, Naxçıvan Muxtar Respublikasında isə 4 növü yayılıb.

Oxu24.com bildirir ki, AZƏRTAC-ın əməkdaşı bənövşəyi rəngin ən gözəl çalarlarını özündə əks etdirən zəfəranın yetişdirildiyi sahəyə - Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda dərim prosesi ilə maraqlanıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyevlə söhbət zamanı bildirib ki, ölkəmizdə az istehsal olunmasına baxmayaraq, zəfəranın qiyməti olduqca bahadır: "Onu qiymətli edən rəngi, dadı və tərkibində olan maddələrdir. Bir kiloqram quru zəfəran əldə etmək üçün 100 min çiçəyə ehtiyac var. Elə buna görə də sözügedən möcüzəvi bitkinin kiloqramı 500-10 min ABŞ dolları arasında dəyişir".

Zəfəranın soğanaqlar vasitəsilə çoxaldığını diqqətə çatdıran E.Allahverdiyev qeyd edib ki, şəfa mənbəyi sayılan bu bitki Abşeronda iyul-avqust aylarında əkilir, noyabrın sonu - dekabrın əvvəli isə çiçək yığımına başlanılır.

"Soğanaqların çiçəkvermə qabiliyyəti onların böyüklüyündən asılıdır. Hər çiçəkdə altı ləçək olur. Zəfəranı toplayan zaman onu çiçəklə birlikdə qoparır, çiçəkdən ayıraraq qurudurlar. Hazırda burada artıq üçüncü ildir ki, zəfəran yetişdirilir. Bu illər ərzində soğanların sayı ən azı 2-3 dəfə artıb və növbəti ildə biz bu zəfəranları çıxardıb daha geniş sahələrdə becərməyi planlaşdırırıq", - deyə Elmar Allahverdiyev vurğulayıb.

Yarpaqları ensiz, uzunsov, tünd yaşıl rəngdə olan zəfəranın becərilməsi zamanı cərgəarası məsafə 50 santimetr, cərgədəki soğanaqların arasındakı məsafə 8 santimetr olmalıdır. Əgər bundan sıx əkilərsə, məhsulun keyfiyyəti aşağı düşə bilər.

Müsahibimiz zəfəranın xalq təbabətində geniş istifadə olunmasından danışaraq bildirib ki, alimlər zəfəranın xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biri olduğunu aşkarlayıblar. Həmçinin bu möcüzəvi bitki ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir, sinir sistemini sakitləşdirir. Onun güclü antioksidant xüsusiyyətləri də var. Belə ki, orqanizmdə gedən qocalma prosesini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir.

Ancaq min bir dərdin dərmanı olan zəfərandan qədərində istifadə etməli olduğunuzu da unutmayın! Nizami Gəncəvinin də söylədiyi kimi:

Bir inci saflığı varsa da, suda,

Artıq içiləndə dərd verir su da.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ