Ədliyyə Nazirliyi bələdiyyələr üçün seminar-müşavirələr keçirib
13 Mart 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
08.12.2021, 21:14
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur: "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!" (Qiyamət surəsi, 36). Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir. Yenə Qurani-Kərimin bildirdiyinə görə, "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)." (Zəlzələ surəsi, 7-8). Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir. İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Həmçinin oxuyun
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir. İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: " Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?" suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qəbirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir: "Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur". Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.
Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.
10:21 / 13 Mart 2026
1
10:18 / 13 Mart 2026
12
10:01 / 13 Mart 2026
31
09:56 / 13 Mart 2026
38
09:52 / 13 Mart 2026
186
09:49 / 13 Mart 2026
47
09:38 / 13 Mart 2026
281
09:33 / 13 Mart 2026
79
09:30 / 13 Mart 2026
59
09:28 / 13 Mart 2026
46
09:27 / 13 Mart 2026
37
07:29 / 13 Mart 2026
111
23:54 / 12 Mart 2026
407
23:52 / 12 Mart 2026
335
23:48 / 12 Mart 2026
149
23:33 / 12 Mart 2026
1861
23:17 / 12 Mart 2026
146
23:07 / 12 Mart 2026
112
22:52 / 12 Mart 2026
159
22:45 / 12 Mart 2026
156
22:27 / 12 Mart 2026
142
22:25 / 12 Mart 2026
132
22:22 / 12 Mart 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.