Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62198
az

General helikopterlə bağlı yeni detalları açıqladı: Məlumatı mətbuata sızdıran şəxs axtarılır

21:5906 Dekabr, 2021
1870
CƏMİYYƏT
  • A
“Qaraheybətdə qəzaya uğramış helikopterdə həlak olan hərbi qulluqçuların siyahısının rəsmi məlumat açıqlanmadan KİV-ə və sosial şəbəkəyə sızması ilə bağlı araşdırma aparılır. Hazırda müvafiq xidmətlər bununla bağlı təxirəsalınmaz tədbirlər görür”. Bu sözləri Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Haqqın.az-a müsahibəsində bildirib. DSX-nın aparat rəhbəri qəzaya uğramış helikopter ətrafında yaranmış bir sıra sualları cavablandırıb. Onun sözlərinə görə, helikopterin uçuşu illik döyüş planına uyğun həyata keçirilib: “Təlimata uyğun olaraq uçuşdan əvvəl istənilən uçuş maşını tam yoxlamadan keçməlidir. Helikoperə uçuşdan əvvəl mütəxəssislər tərəfindən texniki baxışdan keçirilib. Helikopterdə hər hansı problem müəyyən olunmayıb. Vertalyot təcrübəli ekipaj tərəfindən idarə edilib”. Elçin İbrahimov bildirib ki, 20136 bort nişanlı Mİ-17 helikpoteri 2012-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti üçün istehsal olunub və həmin ilin dekabrında DSX-da istismara qəbul olunub. İstismar müddəti 25 ildir: “2020-ci ilin avqustunda ilkin qarant müddətinin bitməsi ilə əlaqadar planlı kapital təmir üçün istehsalçı zavoda göndərilib. Təmir 2021-ci ilin aprelində başa çatıb və bütün bu proses sənədləşdirilib”. Generalın sözlərinə görə, istənilən hava qəzası zamanı onun mümkün səbəbləri içərisində ilk növbədə hava şəraiti, texniki problem və insan faktoruna diqqət yetirilir. “Daha bir neçə belə vəziyyət nəzərə alına bilər. Amma onların hamısı mümkün versiyalardan başqa bir şey deyil. Qəzanın əsl səbəbi “qara qutu”nun oxunmasından sonra məlum olacaq”. Aparat rəhbəri 14 zabitin eyni helikopterdə uçması ilə bağlı müzakirələrə də aydınlıq gətirib. E.İbrahimov deyib ki, noyabrın 30-da Qaraheybət poliqonunda döyüş atışlı təlimlər planlaşdırılmışdı. Bu təlim təkcə uçuş ekipajının deyil, uçuşa rəhbərlik edənlərin, təlimatçılar, mütəxəssislərin iştirakını tələb edir. “Qəzaya uğrayan helikopter təlim uçuşlarına cəlb olunmuş. “Həlak olmuş hərbçilərin siyahısının sosial şəbəkəyə necə sızması araşdırılır” — DSX-nın Aparat rəhbəri GÜNDƏM 06 dek 2021, 20:47 “Qaraheybətdə qəzaya uğramış helikopterdə həlak olan hərbi qulluqçuların siyahısının rəsmi məlumat açıqlanmadan KİV-ə və sosial şəbəkəyə sızması ilə bağlı araşdırma aparılır. Hazırda müvafiq xidmətlər bununla bağlı təxirəsalınmaz tədbirlər görür”. Bu sözləri Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Haqqın.az-a müsahibəsində bildirib. DSX-nın aparat rəhbəri qəzaya uğramış helikopter ətrafında yaranmış bir sıra sualları cavablandırıb. Onun sözlərinə görə, helikopterin uçuşu illik döyüş planına uyğun həyata keçirilib: “Təlimata uyğun olaraq uçuşdan əvvəl istənilən uçuş maşını tam yoxlamadan keçməlidir. Helikoperə uçuşdan əvvəl mütəxəssislər tərəfindən texniki baxışdan keçirilib. Helikopterdə hər hansı problem müəyyən olunmayıb. Vertalyot təcrübəli ekipaj tərəfindən idarə edilib”. Elçin İbrahimov bildirib ki, 20136 bort nişanlı Mİ-17 helikpoteri 2012-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti üçün istehsal olunub və həmin ilin dekabrında DSX-da istismara qəbul olunub. İstismar müddəti 25 ildir: “2020-ci ilin avqustunda ilkin qarant müddətinin bitməsi ilə əlaqadar planlı kapital təmir üçün istehsalçı zavoda göndərilib. Təmir 2021-ci ilin aprelində başa çatıb və bütün bu proses sənədləşdirilib”. Generalın sözlərinə görə, istənilən hava qəzası zamanı onun mümkün səbəbləri içərisində ilk növbədə hava şəraiti, texniki problem və insan faktoruna diqqət yetirilir. “Daha bir neçə belə vəziyyət nəzərə alına bilər. Amma onların hamısı mümkün versiyalardan başqa bir şey deyil. Qəzanın əsl səbəbi “qara qutu”nun oxunmasından sonra məlum olacaq”. Aparat rəhbəri 14 zabitin eyni helikopterdə uçması ilə bağlı müzakirələrə də aydınlıq gətirib. E.İbrahimov deyib ki, noyabrın 30-da Qaraheybət poliqonunda döyüş atışlı təlimlər planlaşdırılmışdı. Bu təlim təkcə uçuş ekipajının deyil, uçuşa rəhbərlik edənlərin, təlimatçılar, mütəxəssislərin iştirakını tələb edir. “Qəzaya uğrayan helikopter təlim uçuşlarına cəlb olunmuş şəxsi heyəti Səngəçaldakı bazamızdan Qaraheybət poliqonuna gətirirdi. Belə uçuşlar mütəmadi aparılır. Helikopertdə 16 və daha çox zabitlərin, hətta DSX generallarının olması adi iş situasiyasıdır”. General helikopertin kənar təsirlə vurulması barədə ittihamları rədd edib: “Baş verənlərin ilik analizi, hadisə yerinə baxış, yaralı zabitlərin ifadələri, peşəkar pilotların rəyinə əsaslanaraq əminliklə demək olar ki, helikopterə kənar təsirin olması tam istisna olunur”. E.İbrahimov deyib ki, qəza ilə bağlı cinayət işi açılıb və təhqiqat gedir. “DSX qəzanın səbəblərinin tez bir zamanda müəyyən olunmasında maraqlıdır ki, müəyyən edilmiş səbəb vertalyotların sonrakı istismarında nəzərə alsın”./azpost.info Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda həkim vəfat etdi
Merkel Makron üçün darıxdığını ETİRAF ETDİ -Bu keyfiyyətlərini sevir
Tibbdə İNQİLAB -Virusları tutmaq mümkün oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO