Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62067
az

Vaksinin dördüncü dozası nə dərəcədə vacibdir? - VİDEO

21:1303 Dekabr, 2021
466
CƏMİYYƏT
  • A

Ölkəmizdə indiyədək 9 yüz mindən çox şəxs "buster'', yəni üçüncü doza vaksin olunub. Bəs bu şəxslər üçün vaksinin 4-cü dozası nə qədər vacibdir ? Yaxud bununla bağlı hər hansı bir tələb varmı?

TƏBİB  və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  bu suallara aydınlıq gətirib.

TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, koronavirus əleyhinə 4-cü doza vaksinin vurulması fərqli peyvəndlərdən istifadə edənlərə daha çox tövsiyə olunur.

O qeyd edib ki, pandemiya davam etdiyi müddətdə qanda anticisimlərin miqdarını qoruyucu səviyyədə saxlamaq üçün davamlı vaksinasiya prosesi vacibdir.

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin koordinatoru Pərvin Baxşəliyeva da son günlər sosial şəbəkələrdə koronavirus əleyhinə 4-cü doza vaksinin mütləq şəkildə tələb edilməsi məsələsi ilə bağlı müzakirələrə aydınlıq gətirib.

''Dördüncü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər'',- deyə Pərvin Baxşəliyeva əlavə edib.

OXU24.COM xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub