Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62058
az

37.5 temperatur nəyə görə qorxuludur? - Bu xəstəliklərdə ola bilər

18:1503 Dekabr, 2021
313
CƏMİYYƏT
  • A

Subfebril hərarət termometrdə bədən temperaturunun 37,2- 37,5 arasında göstəricisidir.

 

Sağlam insanın hərarəti normada 36-36,5 aralığında olmalıdır. Amma bəzi səbəblərdən 37-ə qalxa bilər. Əgər ara-sıra bu hərarət görülürsə, narahat olmağa dəyməz.

 

Yox əgər qolaltı ölçmədə subfebril hərarət 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu sizdə ciddi bir simptomların göstəricisi ola bilər.

 

Adətən həkimləri də bu rəqəm narahat edir. Çünki ən ağır onkoloji xəstəliklər, leykozda adətən bu temperatur görülür. Amma dərhal belə dianozu da düşünmək olmaz. Çünki subfebril hərarət müxtəlif infeksiya, virus və daxili xəstəliklərdə, hormonal dəyişikliklərdə də yaranır

 

 

Saqlamheyat.az 37,5 subfebril hərarətin uzun müddətli yaranmasının səbəblərini təqdim edir

1. Qrip, respirator infeksiyalar

Ola bilər virus elə də ciddi əlamətlər verməsin, boğazda, burunda axıntı olmasın, lakin subfebril hərarət olsun. Bu, orqanizmin virusla mübarizəsini göstərir. Belə olan halda 3-4 gündən artıq bu hərarət davam etmir.

2.Sidik yollarının infeksiyası

Yanma, tez-tez sidiyə getmə, az sidik və ağrı sidik yolları, sidik kisəsi, hətta böyrəklərin infeksiyasının göstəricisi ola bilər

3.Vərəm

Məhz bu hərarət zəiflik, tərləmə, arıqlama ilə özünü vərəm xəstəliyinin başlanğıcında göstərir. 1 aydan artıqdır termometr 37,5-i göstərirsə, rentgenə gedin

4.Dəmir defisitli anemiya

Qanazlığı bədəndə termotənzimləyici sistemi də pozur. Ona görə yüngül istilik baş verir. Bunu təyin etmək üçün qan analizi verin.

5.Gizli başlayan şiş, onkoloji xəstəlik

Xərçəng növləri və gizli xroniki autoimmun xəstəliklər – qurd eşənəyi, skleroz, revmatoid artrit 37,5 hərarətlə başlaya bilər. Əlavə olaraq bütün bədəndə ağrı, sızıltı, tərləmə, arıqlama, zəiflik, gücsüzlük varsa, çox dəqiq müayinələrdən keçməlisiz

6.Tireotoksikoz

Qalxanvari vəzin xəstəliyidir. Hormonlar normadan çox artır, nevroz, ürək döyünmə, istilik gəlir. Subfebril hərarət də səhər günorta axşam fərq etmədən tez-tez görülür. Bu zaman endokrinoloqa müraciət edin.

7.Hansısa xroniki infeksiya

Boğazda, burunda, diş dibində belə vaxtında aşkarlanmayan infeksiya xronikləşdikdə, subfebril hərarət olur.

Göründüyü kimi, subfebril hərarət çox ciddi xəstəliklərdən xəbər verə bilər. Ona görə normal insan bir azca özünü narahat hiss edən kimi qrip olmasa belə termometrlə bədən hərarətini ölçməlidir. Əgər uşaqda və ya böyük insanda 37,5 hərarəti bir neçə həftədən artıq müddətdir dayanıqlı varsa, o zaman təcili həkimə getmək lazımdır.

Son 2 ildə kovid virusu səbəbindən xəstələrdə uzun müddət 37,3-37,5 hərarət müşahidə olunur. Xəstələr hətta sağalsalar da hərarət azalmır. Bunun səbəbi kimi kovidin qan damarlarında iltihab yaratması göstərilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü