Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61533
az

SON DƏQİQƏ! Azərbaycan Ordusunun məşhur generalı Rusiyada vəfat edib

08:5222 Noyabr, 2021
1340
CƏMİYYƏT
  • A

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Qeyd edək ki, A.Vasyak 26 noyabr 1954-cü ildə anadan olub. O, birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. A.Vasyak həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. General birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan təxris olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

A.Vasyak bir müddət əvvəl yenidən ordu sıralarından təxris olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.

Əldə etdiyimiz məlumata görə, sabah generalın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi noyabrın 23-ə planlaşdırılıb.

Müdafiə Nazirliyinin rəsmilərindən general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu