Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6087
az

BAKIDA TƏCİLİ SU QİYMƏTİNƏ VİLLALAR SATILIR

17:0113 Oktyabr, 2018
1248
CƏMİYYƏT
  • A
 Baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.

Belə ki, ərazidə yerləşən super təmirli, hündür mərtəbəli villaların qiyməti 150 min manatdan 3.5 milyon manatadək dəyişir. Badamdarda yerləşən villa və obyektlərin əksəriyəti oliqarxlara məxsus olmasına baxmayaraq, mülklər vasitəçilər (maklerlər) tərəfindən satışa çıxarılıb. Əksəriyyətinin qiyməti 10 milyonlarla ölçülən bu mülklər dəyər-dəyməzə satılır.

Hətta bəzi elanlarda real alıcı olacağı təqdirdə endirim də ediləcək.

Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.  Göründüyü kimi, ərazidə sürüşmə hallarının baş verməsi, bu zonada yerləşən mülklərin də satışına böyük təsir göstərib. Bəzi oliqarxlar isə ərazidə yerləşən obyektlərini dəyər-dəyməzə satıb, canlarını dövlətin qara siyahısına düşməsindən qurtarmağa çalışırlar. Səbəbi də məlumdur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı unikal.org-a bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınacaq: "Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi kifayət qədər bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşdiyi üçün kifayət qədər bahalı ərazidir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər də ucuzlaşması qeydə alına bilər. Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa hazırda 1.7 milyon manata satılırsa, bu məbləğ bir neçə il bundan əvvəl 2.5 hətta 3 milyon manata qədər idi. Çünki bu ərazilərdə tikilən villar da kifayət qədər bahalı materiallardan hazırlanıb. İndiki satış isə bəzən sözügedən materialların dəyərini heç ödəmir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil