Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60742
az

Ehtiyatlı olun! - Bakıda cibgirlər çoxalıb - VİDEO

19:3206 Noyabr, 2021
217
CƏMİYYƏT
  • A

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib. Nəticədə cibgirliklə məşğul olan 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-dən Oxu24.com-a verilən məlumata görə, əməliyyatlar zamanı əvvəlcə paytaxtın Nizami rayonunda avtobuslarda cibgirlik edən Salman İbrahimov, onunla birlikdə eyni əməlləri törədən İlqar Bağırov, Emil Məmmədov və Elçin Əliyev tutulublar. Həmin şəxslərin ətraflarında həyata keçirilən tədbirlərlə onların ayrı-ayrı vaxtlarda Nizami rayonunda müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda 10-a yaxın qadın sərnişinin cibindən və çantasından mobil telefonlar oğurladıqları məlum olub.

Qeyd edək ki, onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən əməliyyat zamanı isə avtobuslarda cibgirlik edən Bədəl Hüseynov və Elman Bəndəliyev də saxlanılıblar. Bu şəxslərin əsasən avtobuslarda insanların sıx olduğu saatlarda 7 qadının çantasından pul kisəsi və mobil telefonlar oğurladıqları müəyyən edilib. Onlar cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra orada olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər. Bu şəxslərin də törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı da avtobuslarda cibgirliklə məşğul olan Nəsimi Babayev, onunla birgə əlbir olan Azər Misdimov, Elman Əliyev və Adil Hüseynov saxlanılıblar. Onların avtobuslarda etdikləri cibgirliklər toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonunda keçirilən əməliyyatlar zamanı isə İsa Əliyev və Tural Məmmədov avtobuslarda cibgirliklə məşğul olduqları üçün saxlanılıblar. Bu şəxslərin ictimai nəqliyyatda 4 qadının çantasından cibgirlik yolu ilə pul kisəsi oğurladıqları müəyyən edilib. Saxlanılan zaman Tural Məmmədovun üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Onların da törətdikləri hadisələr avtobus və dayanacaqlarda olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Bu şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cibgirlik etdikləri üçün saxlanılan 12 nəfərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə və məlumat verə bilərlər.

Sonda qeyd edək ki, cibgirlik etdikləri üçün saxlanılanların hər biri əvvəllər dəfələrlə məhkum olunublar və tutulan zaman hər birinin üzərindən müxtəlif növ narkotik vasitlər aşkar edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güneydə “Ana dilində danışaq” aksiyası başladı - VİDEO
Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib