Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60735
az

"Anam rəhmətə gedəndə atam özünü öldürmək istəyirdi" - Məmmədbağır Bağırzadənin oğlu

18:1606 Noyabr, 2021
164
CƏMİYYƏT
  • A

OXU24.COM Kulis.az-a istinadən Xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə ilə müsahibəni təqdim edir.

- Məmmədbağır bakılı idi. Amma onda bakılılara xas xüsusiyyətlər o qədər də nəzərə çarpmırdı.

- Atam ansamblının adını "Dilkeş" qoymuşdu, evdə də daha çox ərəb, türk kanallarına baxırdıq. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. Orda yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm. Atam uzun illər ordakı insanların sevgisiylə, oraları görmək xiffəti ilə yaşayıb. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi. Bu gün atamla bağlı bir çox şeylərə heyfislənirəm. Mənim ağlıma da gəlməzdi ki, o, həyatdan belə tezliklə köçəcək.

- Geyimə qarşı çox həssas, tələbkar adam olub.

- Anam rəhmətə gedəndən sonra atamın yanında ən çox olan adam mən olmuşam. O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi. Hər yer üçün ayrıca kostyumları olurdu. Aldığı kostyumların pencək ciblərinin tikişlərini sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Hətta bir dəfə uzaq yol gedib dostları ilə görüşəndə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır bütün yolu deyəsən ayaqüstü gəlmisən, paltarında bircə qırış da yoxdur. Adamlar onun səliqəsinə heyrət edirdilər. Bəzən biz eyni vaxtda eyni libaslar alırdıq. Amma paltarları əynimizə geyinəndən sonra onunla mənim görünüşümün arasında yerlə-göy qədər fərq olurdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO