Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60576
az

Dodaq kənarında çatın müalicəsi

21:1203 Noyabr, 2021
197
  • A

Bəzən böyüklərdə və uşaqlarda dodaqların kənarlarında dərinin və selikli qişasının tamlığı pozulur və kiçik xoralar əmələ gəlir.

Bunun səbəbi itihabdır. Bu iltihabı dərinin və selikli qişalarının üzərində daim yaşayan mikroorqanizmlər törədir. Bu mikroorqanizmlərin arasında: bakterilər (əksər hallarda streptokokk), göbələk, viruslar (əksər hallarda herpes).

Adi vəziyyətdə bu mikroorqanizmlər iltihab yaratmır - immun sistemimiz bizi onların mənfi təsirindən etibarlı şəkildə qoruyur. Lakin insanın immun sistemi müxtəlif səbəblərə görə (xəstəlik, stress, soyuqlama, vitamin çatışmazlığı və s.) zəiflədikdə, belə çatlar əmələ gələ bilər.

Çatların səbəbləri arasında:

- hipovitaminoz (vitaminlərin çatışmazlığı). Xüsusilə B2 vitaminin çatışmazlığı bu pozulmaya səbəb olur.

- kariyes, diş protezləri, breketlər

- gigiyena qaydalarına əməl etməməsi

- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (antibiotiklər, hormonlar, şişəleyhinə preparatlar və s.)

- bəzi xəstəliklər - dəmirdefisitli anemiya (qanazlığı), mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet.

Dodaq kənarlarında çatlar ciddi xəstəlik olmasa da kosmetik defekt yaradır, insan  danışanda, qida qəbul edəndə, güləndə əziyyət çəkir. Belə çatları müalicə etmək lazımdır.

Müalicə zamanı pozulmaya səbəb olan mikroorqanizmdən asılı olaraq yerli vasitə kimi müxtəlif məlhəmlər istifadə olunur - virusəleyhinə, göbələkəleyhinə, antibakterial. Belə  preparatları yalnız həkim təyin edə bilər. Həmçinin insana ümumimöhkəmləndirici vasitələr (vitaminlər, immuniteti möhkəmləndirən vasitələr) təyin olunur.

Çatlar zamanı xalq təbabəti üsullarından da istifadə oluna bilər - çay ağacı yağı, çaytikanı yağı, aloe və kalanxoe kimi müalicəvi bitkilərin şirəsi zədələnmiş dərinin üzərinə çəkilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəzi yollarda duman olacaq
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü