Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60218
az

Bağdaddan gətirilən azərbaycanlı İŞİD uşaqları: onlar harada saxlanılır?

21:3828 Oktyabr, 2021
214
CƏMİYYƏT
  • A

Beynəlxalq media İŞİD-in azərbaycanlı gəlinləri və uşaqları barədə dəfələrlə yazıb, belələri isə həm də Suriya ərazisindəki düşərgələrdə saxlanılır. Məsələn, 2019-cu ildə "Amerikanın səsi" Suriyanın İŞİD-dən azad edilən ərazilərindən təxliyyə edilən qadın və uşaqların saxlanıldığı Əl-Hol düşərgəsindəki qeyri-insani şəraitdən bəhs edən reportaj hazırlamışdı.  Həmin düşərgədə saxlanılanlardan biri-adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib.  O, həyat yoldaşının Kobanidə öldürülməsindən sonra bu düşərgəyə sığınıb. Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın isə anasının onu qəbul etmək istəmədiyini deyirdi. Həmin düşərgədə reportaj hazırlayan jurnalist iki həftə əvvəl  14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü bildirirdi. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Habelə İraq məhkəməsi terror əməlləri törətdiyi üçün azı 2 azərbaycanlı qadının barəsində edam hökmü də çıxarmışdı. İŞİD-in azərbaycanlı gəlinlərinin əksəriyyəti Azərbaycana qayıtmaq istəmirlər və belə görünür ki, repatriasiya əsasən valideyinlərini Suriyada, İraqda  itirmiş uşaqları əhatə edir.

Bəs Azərbaycana gətirilən İŞİD-çi uşaqları harada yerləşdirilir? İŞİD ideologiyasını mənimsəmiş və "şəriət qaydaları" ilə yaşamağı arzu edən valideyinlərin tərbiyəsini almış bu uşaqların reabilitasiyası, dünyəvi təhsilə cəlb edilməsi üçün hansı işlər həyata keçirilir?

Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraqdan ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.

Komitədən verilən məlumatda deyilir: "Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Uşaqların Azərbaycana gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiya olunmuş fəaliyyət və mərhələli tədbirlər nəticəsində mümkün olub. Prosesə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.

Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib.

Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşı İraq Respublikasından repatriasiya edilib.

Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: