Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60021
az

Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər?

22:2624 Oktyabr, 2021
191
  • A

Türkiyə KİV-ləri bu ölkədə 4 Rusiya, bir Ukrayna və bir Özbəkistan vətəndaşının həbs olunduğunu xəbər verir. Əməliyyat hələ oktyabrın 8-də keçirilib, amma bu haqda mətbuata bir neçə gün əvvəl məlum olub. "Hürriyet" qəzeti oktyabrın 20-də yazıb ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində "koordinasiyalı əməliyyat" keçirilib və nəticədə 6 nəfər həbs olunub. Bunlardan dördü Rusiya vətəndaşlarıdır - Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmuslimov. Habelə Ukrayna vətəndaşı İqor Yefrim və Özbəkistan vətəndaşı Amir Yusupov da həbs olunublar. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib, qəzet bu şəxslərin "siyasi və ya hərbi casusluq fəaliyyətinə" görə həbs edildiklərini bildirir, amma rəsmən bu haqda heç bir açıqlama verilməyib.

virtualaz.org-a istinadən bildirir ki, oktyabrın 21-də rəsmi "Anadolu" agentliyi də bu haqda məlumat yayıb və saxlanılan şəxslərin barəsində İstanbul 5-ci Ağır Cəza Məhkəməsinin həbs qərarı verdiyini bildirib. Agentlik həmin şəxslərin siyasi və ya hərbi casusluq fəaliyyətində ittiham olunduqlarını qeyd edib. Bu maddələr üzrə onları 15 ildən 20 ilə qədər həbs gözləyir.

Oxu24.com CNN Türk kanalı isə öz reportajında saxlanılan şəxslərdən silah, pullar və Rusiya pasportları tapıldığını əks etdirən kadrları yayıb. Telekanal qrupun vəzifəsinin Türkiyədəki çeçen müxalifət fəallarını öldürmək olduğunu bildirib. Bu süjetdən dərhal sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəyə qeyri-rəsmi səfər edib və qayıdanda bildirib ki, orada "şaytanlar" yoxdur. "RİA Novosti" agentliyi isə Türkiyə XİN-ə həbs olunanlarla bağlı sorğu göndərib. Sorğuya cavab olaraq bildirilir ki, XİN-də bu barədə heç nə məlum deyil.

 

"Gazeta.ru" qeyd edir ki, həbs olunanlarla bağlı Türkiyə hüquq-mühafizə orqanlarının rəsmi məlumatı yayılmayıb. Bütün məlumatlar "Hürriyet" və "Anadolu" ya əsaslanır. Türkiyənin güc strukturlarına yaxın mənbə isə "Gazeta.ru"ya bildirib ki, həqiqətən rusiyalılar həbs ediliblər. Mənbənin bildirdiyinə görə, saxlanılanlar nəinki müxalifətçiləri öldürmək, eləcə də hərbi sirləri ələ keçirmək niyyətində olublar. Belə ki, istintaq saxlanılan şəxslərin "Bayraktar" pilotsuz döyüş təyyarələri və perspektiv silah növlərinə dair digər layihələr barədə detallı informasiyaları araşdırmaq, ələ keçirmək cəhdlərini də araşdırır.

Sayt qeyd edir ki, bu "siyasi və hərbi casusluq" işi Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı artan ziddiyyətlər fonunda inkişaf edir.

 

  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi