Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..

XƏBƏR LENTİ

17 May 2024
Rəfahda girovların cəsədləri tunellərdə tapılıb -  FOTO
Türkiyə kəşfiyyatı xəbərdarlıq edir: İŞİD-Xorasan Orta Asiyadan irəliləyir
Rusiyadan almaz idxalına  qoyulan qadağa nələrə səbəb oldu?
Rusiya ABŞ-ın sanksiyalarını “ayaqdan vurulan güllə” adlandırıb
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
Zernovo kəndinin atəşə tutulması nəticəsində bir qadın ölüb
Zelenski cinayətkarların səfərbər edilməsi haqqında qanun imzalayıb
“Ekstrasens Hikmət”ə 5 il 6 ay həbs verildi - FOTO
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar
Antalyada FETÖ əməliyyatında 22 şübhəli tutulub
ABŞ G7-nin Rusiya almazlarına qadağasını yenidən nəzərdən keçirir
BÜTÜN XƏBƏRLƏR
59487
az

Həkim-onkoloq: Naturopatik müalicə metodu xərçəng xəstəliyini sağaltmaq üçün çox effektivdir

23:3910 Oktyabr, 2021
1013
CƏMİYYƏT
  • A

Dünyada onkoloji xəstəliklərin müalicəsində iki metoddan istifadə edilir. Birinci metod ənənəvi olaraq 3 mərhələdən - cərrahiyyə, kimya və şüa terapiyasından ibarətdir. Bu metodda əsas fokus şişin özüdür. Yəni, problemi həll etmək üçün törəməni yandıraraq, doğrayaraq və ya kəsərək onu aradan götürmək lazımdır. Naturopatik yanaşma isə bir az fərqlidir və həmin metoddan dünyanın qabaqcıl ölkələrində daha çox istifadə edilir. Naturopatik müalicə metodu şişi əmələ gətirən səbəbi araşdırır.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, onkoloq-cərrah İbrahim Əsədli onkoloji xəstəliklərin naturopatik müalicə metodu barədə danışıb.

Bildirib ki, naturopatiyaya görə, törəmə mütləq hansısa problemin təzahürüdür: Bədxassəli şişi aradan götürən zaman prosesə təsir göstərilmirsə, onsuz da törəmə bir müddət sonra yenidən baş qaldıracaq. Kimya və şüa terapiyasının yan təsirləri çoxdur və müsbət nəticə əldə etmək çox çətindir. Xərçəng xəstələrinin naturopatik müalicəsi isə 95-98 faiz hallarda müsbət nəticə verir. İstənilən xərçəng xəstəliyi psixosomatikdir. Nəzərə almaq lazımdır ki, insan təkcə cisimdən ibarət deyil, onun təfəkkürü və ruhu da var. Ona görə də psixosomatik əlaqələri nəzərə almadan istənilən xəstəliyi müalicə etmək çətindir. Xərçəngin yaranmasında da psixosomatik əlaqələr izlənilməlidir".

Həkim-mütəxəssisin dediyinə görə, istənilən xəstəlik ali sinir sistemindən başlayır, hansısa qəfləti və ya xroniki təkrarlanan stres nəticəsində şüuraltında qüsurlu dövran ocağı yaranır: "Bioloji konfliktin məzmunundan asılı olaraq qüsurlu dövran ocağı hansısa orqanda damarı sıxır və oksigen çatışmazlığı yaranır. Hüceyrələr oksigenli maddələr mübadiləsindən oksigensizə keçməyə məcbur olur. Belə olan halda hüceyrələr daha tez bölünməyə başlayır və əhatələri olmadığı üçün ətraf toxumalara sirayət edirlər, nəticədə şiş yaranır. Əslində, şiş tez parçalanan olduğu üçün bir sıra dərman preparatlarından istifadə edərək onu parçalaya bilərik, lakin nəzərə almaq lazımdır ki, bədəndə, həmçinin bağırsaq, qan, qaraciyər və digər toxumalarda olan hüceyrələr də tez parçalanır. Beləcə, biz şiş hüceyrələrini parçalamaq istəyərkən bizə lazım olan hüceyrələri də parçalamış olarıq. Ona görə də ehtiyatlı davranmaq lazımdır".

Naturopatik müalicə metodu ilə xəstəni sağaltmaq üçün bədən mütləq zəhərli maddələrdən təmizlənməlidir, çünki şiş orqanizmdə olan tullantılar nəticəsində əmələ gəlir. Həmin tullantılar bədəndən təmizlənmədikdə orqanizm tükənir və insan həyatını itirir. Cisim imalələr vasitəsilə təmizlənir. Detokslar, aktivləşmiş kömür, polisorflar, vulkanik minerallar və s. müxtəlif içəcəklər də faydalı vasitələrdir. Nəzərə almaq lazımdır ki, bədəndə xarici təsirlərlə birbaşa məruz qalan əsasən tənəffüs və mədə-bağırsaq sistemidir. Bu orqanlar təmiz olduqda bütün bədəndə stabillik təmin olunur. Təmizlənmiş bədən doğru maddələrlə dolmalıdır. Belə maddələr də təbii ki, təbiətdən alınan müxtəlif şirələr, meyvələr və sairdir.

Ümumiyyətlə sənaye şəkəri, ət, süd və mayalı ağ çörək bütün xərçəng xəstələrinə qadağandır. Xəstələr şəkər əvəzinə xurma, kişmiş, qaysı istifadə edə bilərlər. Eyni zamanda xərçəng xəstələri qatıq da istifadə edə bilər. Ət məhsullarında 1-2 ay az istifadə etmək lazımdır ki, bədəndə turşuluq azalsın. Çünki bir çox xəstəliklər turşulu mühitdə inkişaf edir, qələvi mühitdə isə azalır.

Bədənlə yanaşı, həmçinin təfəkkür və ruh da təmizlənməlidir. On illik fəaliyyətimiz dövründə bu üsulla 1000-dən çox xəstəni sağaltmışıq. Naturopatik metodla xərçəng xəstələrinin bir-iki aya sağaltmaq mümkün olur. Sağalma müddəti şişin yayılma genişliyindən və yaranma vaxtından asılıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI
“Ekstrasens Hikmət”ə 5 il 6 ay həbs verildi - FOTO
Güneydə “Ana dilində danışaq” aksiyası başladı - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib