Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59035
az

Arvadını öldürən polislə bağlı şok: Bir gün əvvəl dubinka ilə arvadını...

13:4401 Oktyabr, 2021
1328
CƏMİYYƏT
  • A

"İsmayıl Məmmədov bacımı hadisədən bir gün əvvəl xidməti dubinka ilə döymüşdü".

Oxu24.com xəbər verir ki, bunu "Report"un Şimal-qərb bürosuna polis tərəfindən güllələnərək qətlə yetirilən Xanım Məmmədovanın qardaşı Aqil Əliyev deyib.

O bildirib ki, ailə qurduqları 8 il ərzində bacım dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb: "Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olub və ailə qurmuşdular.

Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq, deyirdik körpə övladları var, onların sonrakı taleyi necə olacaq bəs!? Bacım bir neçə uşaqlarıda götürərək evdən qaçaraq Bakıda yaşatyan qardaşımın evinə sığınıb.

Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzür istəyib və birdə belə halın təkrarlanmayacağına söz verərək bacımla barışıblar. Bacım dəfələrlə əri tərəfindən döyülsə də polisə şikayət etməyi düşünmürdü. Lakin sonuncu dəfə bacımı xidməti dubinka ilə möhkəm döymüşdü. Bacım da uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə getmişdi. Bunu bilən İsmayıl Məmmədov da arvadının dalıyca 24-cü Polis Şöbəsinə gedərək bacıma hücum edib. Bunu görəmn polis əməkdaşları onu sakitləşdirib və şöbənin həyətindən çölə çıxarıblar. Daha sonra sakitləşdiyini və uşaqlarını görmək istədiyini deyərək şöbəyə daxil olub. Elə hadisə də bundan sonra baş verib. İki azyaşlı körpəsinin gözləri önündə bacımı güllələyərək qətlə yetirib".

Qeyd edək ki, həyat yoldaşı tərəfindən qətlə yetirilən Xanım Məmmədova əslən Qax rayonunun Cəlayir kəndindəndir. Onun meyiti bu gün Qax rayonuna gətiriləcək. və ailəsinin istəyi ilə bir gün evdə saxlanıldıqdan sonra sabah səhər saatlarında Cəlayir kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi