Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58754
az

Aygün Kazımovanı konsertdə ağladıblar - VİDEO

20:3120 Sentyabr, 2021
884
CƏMİYYƏT
  • A

Xalq artisti Aygün Kazımova açıqlaması ilə diqqət çəkib.

OXU24.COM baku.ws-ə istinadən xəbər verir ki, "Söhbət musiqidən gedir" proqramına qonaq olan sənətçi 2017-ci ildə verdiyi konsert zamanı yaşadığı kövrək anlardan danışıb.

Kazımova uzun illərdir səhnədə olsa da bu musiqili proqrama hazırlaşmaq üçün çox çətinliklərdən keçdiyini və bu əziyyətin onu ağlatdığını açıqlayıb:

"Səhnə fəaliyyətimin 30 ili tamam olurdu. Bu musiqili proqram mənim imtahanım idi. Konsert zamanı lirika ifa edirdim. O anda hansı çətinliklərdən keçdiyim və bu konsertə hazırlaşmaq üçün nələri gözə aldığım anlar gözümün qabağına gəldi və ağlamağa başladım. Bir adamın yanında ağlaya bilərsən, amma tamaşaçı qarşısında ağlamaq tamam başqa hissdir".

Qeyd edək ki, Xalq artistinin 4 il əvvəl təşkil edilən konserti ölkədə ajiotaj yaratmışdı. Möhtəşəm şouları və müxtəlif geyimləri ilə sevənləri qarşısına çıxan Kazımovanın hönkür-hönkür ağlaması uzun müddət mətbuatın gündəmindən düşməyərək müzakirələrə səbəb olmuşdu.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı