Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58717
az

Daxilində zillət hiss edən, zahirdə təkəbbürlü olar

00:3020 Sentyabr, 2021
737
CƏMİYYƏT
  • A

Şəhərin bəzi küçərlərindən keçən zaman cavanları görmək olar ki, son model maşınlarına minib, bir-biri ilə rəqabət edirlər. Yarışaraq, maşınlarını nümayiş etdirirlər. Diqqəti cəlb edən hal odur ki, qabaqda gedən maşının sahibinin dostları bu vəziyyəti görüb, o qədər qürurlanırlar ki, sanki böyük bir iftixara çatıblar. Qalanlarına isə yuxarıdan aşağıya nəzər salarlar.

Bizlərin bir çoxu özümüzün malik olduqlarımızla yanaşı, dostlarımızın malik olduqları ilə də qururlanır və iftixar edirik. Bizlərin bir çoxu nə zaman evlənmək istəsək, elə bir qız axtarırıq ki, həm zəngin olsun və həm də gözəl. Yəni başqalarının həsəd apara biləcəyi bir insan olsun. Hamı bizə həsədlə baxsın və biz də qürurlanaq.

Belə düşünürük ki, bu məsələ bizim izzətimizə səbəb olacaqdır. Ancaq unuduruq ki, dostumuzun malı və ya mənzili varsa, bütün bunların bizə aidiyyəti yoxdur. Bəziləri belə düşünür ki, özünü azad hesab edən və başqalarından bir addım irəlidə olan insanlarla dostluq etmək - iftixardır. Lakin onlarla dost olmağın gətirə biləcəyi nəticələrdən qafilik.

Elə ailələr tanıyırıq ki, Avropa ölkələrinə çox səfər edirlər və həmçinin o ölkələrdən gələn çoxlu qonaqları vardır, lakin həmin ailənin ata və anası övladlarına icazə vermirlər ki, qonşu uşaqları ilə oynasınlar. Çünki bu zaman şan-şöhrətləri alçala bilər.

Quran buyurur: "Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur". ("Nisa" 139).

Həqiqi izzət və iftxar Allahın yanındadır. Son model maşına minmək izzət deyildir, xarici qonağa malik olmaq da izzət deyildir. Hər kim izzətli olmaq istəyirsə, gərək onu Allahdan istəsin. "Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur". ("Fatir" 10).

Əgər biz izzətli olmaq istəyiriksə, gərək onu Allahın yanında axtaraq, Allahı qəbul etməyənlərin yanında deyil. İmam Əli (ə) buyurur: "Hər kim Allaha itaət edərsə, izzətə çatar və güclü olar".

İnsanların izzəti yanlış yerdə axtarmasının səbəbi - qəflətdir. Qafil insan Allah qaşısında təvazökar olmaq yerinə, bəndələrinin qarşısında diz üstə düşür. Onların malik olduqları ilə qürurlanır.

İmam Hüseyn (ə) "Ərəfə" duasında buyurur: "Bütün izzət və şərəf Allahdadır və hər kim Allahı sevərsə, əziz və əks halda zəif olacaqdır".

İzzəti-nəfs insanı möhkəm və yenilməz edər. Heç bir şey zillət kimi insanı süqut etdirməz. Bir çox cinayətlərin kökü - izzəti-nəfsə malik olmamağa görədir. Ona görə də cəmiyyəti xilas etməyin ən yaxşı yolu - izzəti-nəfsə malik olmaqdır.

İmam Sadiq (ə) buyurur: "Heç kəs bəyənilməyən və çirkin sifət olan təkəbbürə düçar olmaz, məgər o halda ki, daxilində xarlıq və zillət hiss edər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı