Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58464
az

Fuad Muradov saxlanılıb - Tanınmış vəkil açıqladı

18:3013 Sentyabr, 2021
395
  • A

"Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov saxlanılıb.

OXU24.COM xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov məlumat yayıb. Hüquqşünasın yaydığı məlumatı olduğu kimi təqdim edirik:
"Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta "fədai” Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib, ərizəni də olduğu kimi burada paylaşmışdım.

Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir.

Ona görə də mənə F.Muradovun qanunsuzluqları ilə bağlı müraciət edən şəxslərdən xahiş edirəm ki, həmin idarəyə müraciət edib sübutlarını təqdim etsinlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil