Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57920
az

Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar

22:1028 Avqust, 2021
1368
CƏMİYYƏT
  • A

Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər. Bu barədə "Proceedings of the National Academy of Science" jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. Beləliklə, COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar. Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər. Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub. Bunlar içərisində ən təsirlisi isə süddən əldə edilən laktoferrin zülalı olub.

Laktoferrin - bədənin immun sisteminin komponentlərindən biri olmaqla, immun hüceyrələrinin funksiyalarını tənzimləyir. Əvvəllər laboratoriya şəraitində də olsa, laktoferrinin sitomegalovirusa, HİV-ə və digər patogenlərə qarşı təsirli olduğu sübuta yetirilib.

Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır. Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu