Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57855
az

\"Məhdudiyyətləri yox, başqalarını yoluxdura biləcəklərini düşünməlidirlər\"

20:4026 Avqust, 2021
625
  • A




"Vakin olunmayan insanlar bazarlara girmək, alış-veriş etmək üçün qoyulan məhdudiyyətləri deyil, orada kimisə virusa yoluxdurmasını düşündürməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib. Ekspert hesab edir ki, bu gün tətbiq edilən bütün məhdudiyyətlər yoluxmanın qarşısını almaq məqsədi daşıyır:

"Qaydalara əsasən vaksinasiya olunmayanlar 1 sentyabrdan sonra iri bazarlara gedə bilməyəcəklər. Bu o demək deyil ki, onlar ac qalacaq? Və yaxud da nəsə ala bilməyəcəklər? Hər halda onlayın alış-veriş sistemi var və insanlar istədikləri malı sifarış edərək hər şeyi asanlıqla əldə edə bilirlər. Bundan əlavə bir çox insan vaksin olunub. Bu problem deyil. Problem odur ki, insanlar vaksin olunmamaq üçün cürbəcür bəhanələr gətirirlər. Bəziləri vaksindən qorxur. Kimsə qorxursa ki, vaksinlər onların orqanizmi üçün qorxuludur, bu da absuddur. İlk növbədə kimlər vaksin olunub? Akademiklər, professorlar, həkimlər, bu sahəni dərindən bilənlər və s. Bu vaksinləri kim hazırlayıb? Yüksək və ciddi peşəkar mərkəzlər. Vaksinin insan orqanizminə ziyanları hərtərəfli öyrənilib”.
 
Vahid Məhərrəmov hesab edir ki, bu gün əsas problem insanların bazarlara getməsinə qoyulan məhdudiyyətlər olmamalıdır:

"İnsanlar başa düşməlidir ki, bir-birlərini qorumalıdırlar. Əgər kimsə vaksin qəbul etmirsə, bu o deməkdir ki, həmin adam özünü deyil, digərlərini yoluxdura bilər. Bu təhlükəlidir, elə buna görə də bazarlarda çalışanlar vaksin qəbul etməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü