Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57853
az

Ermənilərin viran qoyduğu Ağadədə məzarlığı ilk dəfə görüntüləndi - FOTO

20:3426 Avqust, 2021
655
CƏMİYYƏT
  • A

Ermənistanda azərbaycanlılara məxsus tarixi irsin məhv edilməsi prosesi uzun illərdir davam edir.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, bu müddətdə ermənilər tarixi Azərbaycan torpaqlarındakı bir çox abidəni, məscidləri, məzarlıqları viran qoyublar.

Ancaq ermənilər hər nə qədər çalışsalar da, bu izləri tamamilə silmək mümkün olmayıb.

Britaniyalı səyyah-fotoqraf Qurdip Mattu Zəngibasar mahalının Uluxanlı qəsəbəsinin ərazisindəki Ağadədə ziyarətgah-məzarlığında olub. Fotoqrafın çəkdiyi fotolardan məzarlığın demək olar ki, tamamilə dağıdıldığı müşahidə olunur.

Görünür, qəbiristanlığın bu hissəsinin çay sahilində olması əraziyə girişi çətinləşdirdiyi üçün azərbaycanlılara məxsus məzarlıqda məzar daşlarının bəzi hissələri erməni vandallığının qurbanı olmaqdan xilas olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi