Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57052
az

Kişilər üçün 6 ən xeyirli ədviyyat

20:0928 İyul, 2021
1135
CƏMİYYƏT
  • A

Həkimlər bildirirlər ki, ədviyyatların köməyi ilə hətta xəstəliklərdən sağalmaq da mümkündür.

Ədviyyatlar ürək-damar və onkoloji xəstəliklərlə mübarizədə dərman kimi təsir göstərir.

Oxu24.com xəbər verir ki, ədviyyatların tərkibində külli miqdarda antioksidantlar mövcuddur. Bu maddələr xərçəngdən tutmuş qocalmaya qədər baş verən bütün proseslərin səbəb olan azad radikalların işini zəiflədir. Bir çimdik ədviyyatda 1 stəkan giləmeyvədə olduğundan daha çox antioksidant mövcuddur.

Ədviyyatlar hər bir orqanzim üçün çox faydalı hesab edilir. Lakin bəzi ədviyyatlar var ki, onlar kişi orqanizmi üçün daha uyğundur.

1) Sarıkökün və darçının tərkibində olan maddələr qanda olan xolesterinin və şəkərin səviyyəsini tez və effektli bir şəkildə azaldır.

2) Zəncəfil, mixək, darçın güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsirə malikdir. Onlar daxili gücü hərəkətə keçirərək orqanların qanla təhcizatını yaxşılaşdırır. Nəticədə insan daha sürətlə sağalır.

3) Ədviyyatlar həzmi və maddələr mübadiləsini sürətləndirir.

Alimlər bildirirlər ki, hətta yemək arası qəbul edilən acı qidalar insanın tez doymasını təmin edir. Bunun səbəbi acı ədviyyatların tərkibində olan kapsiasin maddəsinin təsiridir. Bu maddə insanda doyma hissi yaradır, nəticədə insan az qidalanır. Bundan əlavə, kapsiasin maddəsi enerji sərfiyyatını 23% azaldaraq piy hüceyrələrinin çoxalmasını tormozlayır.

Muskat qozu qadın, reyhan isə kişi ədviyyatı adlandırılır

4) Ədviyyatlar arasında afrodizyaklar çoxdur. Bu ədviyyatların tərkibində olan efir yağları cinsi vəzlərin işini yaxşılaşdıraraq onların sekresiyasını artırır. Vanilin tərkibində olan uçucu efirlə isə sinir sisteminə sakitləşdirici təsir göstərir.

5) Ədviyyatların tərkibində olan antioksidantlar konseragenlərlə aktiv mübarizə aparırlar. Sarıkökün tərkibində olan maddə bədəndə gedən biokimyəvi prosesləri bloklayaraq baş və boyun xərçənginin əmələ gəlməsinin qarşısını alır.

6) Qıtıqotunun (xren) tərkibində olan maddələr isə xərçəng hüceyrələrini məhv etmək qabiliyyətindədirlər.


Bütün bu sadalananları nəzərə alaraq yeməklərinizdə süni dad artırıcılara deyil, təbii ədviyyatlara yer ayırın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü