Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56944
az

Bağırsaq xərçəngi haqqında hər şey: Kimlərdə niyə əmələ gəlir? - 8 ƏLAMƏT

22:5923 İyul, 2021
2275
CƏMİYYƏT
  • A

Hazırda Azərbaycanda 50 yaşdan sonra kişi və qadınlarda çox rast gəlinən şişlərdən biri də bağırsaq, yoğun bağırsaq xərçəngidir.

Bu xəstəlik çox gec aşkarlanır. Çünki bağırsaqlar uzun və iri orqandır, orda ağrı, köpü insanlar çox zaman diqqətə almır, yanma hissinə fikir vermir.

Və ən əsası bağırsaqlarda şiş özünü ən son ana qədər biruzə vermir, simptomsuz keçir.

OXU24.COM yoğun bağırsaq xərçənginin kimlərdə niyə və necə əmələ gəlməsini təqdim edir.

Bağırsaq xərçəngini tətikləyən triggerlər, səbəblər hansıdır.
Əksər hallarda xərçəng yoğun bağırsaq və düz bağırsaq seqmentində olur.

Bağırsağın ən uzun hissəsində onkoloji proses yuxarılara doğru gedə bilər.
Düz bağırsaqda olan şiş isə anusa kimi çatır.

Avropada bağırsaq xərçəngi 2-ci yerdədir.

Hər 20 kişidən biri, hər 35 qadından birində həyatın müəyyən mərhələsində bu xəstəlik aşkarlanır.
100 min əhalisi olan şəhərdə hər 100 mində 40 bağırsaq xəstəsi olur.

Bu xəstəlik daha çox sənaye inkişaf etmiş iri şəhərlərdə, rayonlarda, şəhər adamlarında olur. Pasiyentlərin 50%-i yaşı 60-dan yuxarı oalnlardır.

Amma ildən-ilə bu xəstəlik cavanlaşır və 45 yaşda da xəstələr var.

Risk faktorları

Bu günə kimi bağırsaq xərçənginin inkişaf mexanizmi çözülməyib. Səbəblər çoxdur.

- Yaş- 60-yaşdan sonra artır, 70-yaşda pik həddə çatır. Ona görə yaşı 50-ni keçmiş hər bir şəxs 5 ildən bir bağırsaqları yoxlatmalıdır

- Bağırsaqda poliplərin olması. adenomalar. Onlar əslində xoşxassəli olsalar da zamanla onkoloji şişə çevrilə biər.
- Xəstədə genetik olaraq nəsildə bu xəstəliyin olması
- Digər bağırsaq xəstəlikləri

- Başqa orqanlarda şişlər, qadınlarda ginekoloji

- Kolit, Kron kimi iltihabi xəstəliklər sonra onkoloji prosesə çevrilə bilər. Bu heç də hamıda olmur
- Qeyri-sağlam həyat və qidalanma -çox oturanlar, siqaret çəkənlər, içki, fast food qidalananlar, trans yağlar, kolbasa, sosis, qırmızı ət, qızarmış yemək, qazlı içkilər və s.
- Şəkərli diabet xəstələri

Xərçəng riskini nə azaldar?

- Sağlam qidalanma, meyvə, tərəvəz, təmiz su, təmiz taxıl
- Fiziki aktivlik
- Stresdən uzaq həyat
- Vaxtında müayinə olunub müalicə almaq

Sadalanan faktorlar ayrlıqda mütləq bağırsaq xərçəngi yaratması barədə dəqiq söz demək olmaz. Amma hansısa faktor orqanizmdə mexanizmi işə salır və bağırsaq hüceyrələrində mutasiyalar yaranır.

Bağırsaq xərçənginin əlamətləri

- Bağırsaqdan qanın gəlməsi - vaxtından, rəngindən, mütəmadiliyindən asılı olmayaraq, qan gördünüzsə, yoxlanmalısız
- Xroniki qəbizlik, ishal
- İnsanda qanazlığının yaranması və dərinləşməsi
- Nəcisin rəngi, tərkibi, formasının dəyişməsi
- Qarında xoşagəlməz ağrı, sancı, şişkinlik

- Düz bağırsaqdan adi halda da qəribə axıntının gəlməsi
- Yorğunliq, arıqlama, dərinin ağarması

Bağırsaq xərçənginin müalicəsi

Bu gün əsas müalicə əməliyyatla şiş və yaxın metastazların götürülməsidir.
Eləcə də limfa düyünləri götürülməlidir. Cərrah müasir texnologiyaları bilməlidir.

Limfa düyünlərə metastaz olduqda kimyaterapiya edilir. Xəstəlik nə qədər tez aşkar olunub əməliyyat edilsə, xəstənin xilas olma şansı 90%ə çatır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil