Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56118
az

Polkovnik Babək Səmidlinin ölümündən sonra təltif edildiyi “Zəfər” ordeni ailəsinə təqdim olundu - FOTO

23:2203 İyul, 2021
722
CƏMİYYƏT
  • A

Prezidenti İlham Əliyev tərəfindən Silahlı Qüvvələrinin polkovniki, Birinci Ordu Korpusu komandirinin müavini Babək Səmidlinin ölümündən sonra təltif edildiyi “Zəfər” ordeni bu gün onun ailə üzvlərinə təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general–mayor Zaur Abdullayev, şəhid ailələri, qazilər, rayon ictimayyətinin nümayəndələri əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında gedərək şəhid polkovnik Babək Səmidlinin, eləcə də Vətən uğrunda canından keçən igidlərin məzarını ziyarət ediblər.

Məzarlıqda çıxış edən şəxslər Vətən Müharibəsində qazanılan böyük qələbədən, torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Göyçaylı gənclərin, həmçinin, Babək Səmidlinin şücaətindən, şərəfli döyüş yolundan, qəhrəmanlığından danışıblar.

General-mayor Zaur Abdullayev “Zərəf” ordenini şəhid polkovnikin övladları Mətləb və Səmid Səmidliyə təqdim edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi