Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55762
az

“Jara” festivalına tamaşaçılar buraxılmayacaq

21:4624 İyun, 2021
305
CƏMİYYƏT
  • A
 
Bu il "Jara” beynəlxalq musiqi festivalına tamaşaçılar buraxılmayacaq.
 
OXU24.COM xəbər verir ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib. Müğənni bu qərarın Moskva vilayətinin qubernatorunun koronavirusla bağlı məhdudiyyətlərlə bağlı fərmanı ilə əlaqədar olduğunu deyib:
 
"Təəssüf hissi ilə deyirəm ki, "Jara” festivalı 24-27 iyun tarixlərində planlaşdırılan formatda keçirilməyəcək. Moskva vilayəti qubernatorunun məhdudiyyətlərlə bağlı fərmanına əsasən, tamaşaçılar "Krokus Siti Holl”a buraxılmayacaq. Festival tele-formatda lentə alınacaq və Birinci kanalda yayımlanacaq. Bu səbəbdən 2-25-26-27 iyun tarixlərinə olan biletlər etibarsızdır”.
 
Emin həmin biletləri 4 aprel 2022-ci il (Krokus Siti Holl), 27-31 iyul 2022-ci ildə (Bakı) keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin, 2021-2022-ci ildə "Krokus Siti Holl”da keçiriləcək istənilən konsertə dəyişməyi təklif edib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü