Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5567
az

Metronun bu stansiyası bağlandı

00:1027 Sentyabr, 2018
1048
  • A
 Bu gün metronun “Xətai” stansiyasının təmirə bağlanır.

Oxu24.com xəbər verir ki, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Stansiya birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Xətai” stansiyasında təmir-bərpa işləri səbəbindən “Xətai-Cəfər Cabbarlı” mənzilində də sərnişin qatarları hərəkət etməyəcək. Lakin “Cəfər Cabbarlı”stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlər buradan “28 May” stansiyasına keçid kimi istifadə edə biləcəklər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəzi yollarda duman olacaq
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü