Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54540
az

İmran Xan: "Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub"

20:3827 May, 2021
1256
CƏMİYYƏT
  • A

Pakistan İslam Respublikasının baş naziri İmran Xan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

OXU24.COMxəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzu edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü