Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54484
az

Avtobuslarda gedişhaqqı bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

10:1026 May, 2021
1432
  • A

"Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası relslər də hamısı bərpa edilir".

Bunu bildirir ki, Baku.ws-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O əlavə edib ki, gediş-gəliş iri tutumlu avtobuslarla bərpa olunur: "Avtobuslarda qiymətlər dəyişməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə, pandemiyanın kəskin formada yayılması zamanı məhdudiyyətə qədərki dövrdə sərnişinlər hansı tariflə ödəniş edib regionlardan Bakıya və ya əksinə gedirdilərsə, eyni tariflər keçərli olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin avtovagzal.az saytı var və həmin sayt üzərindən onlayn bilet əldə etmək imkanları var. Bundan yararlanmaqla kassaların qarşısında növbələrin yaranmasının qarşısını almaq mümkündür".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi: