Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5419
az

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

11:1322 Sentyabr, 2018
909
CƏMİYYƏT
  • A
 Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.

oxu24.com  xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu relsdən çıxıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az-a bildirib ki, gecikmə həqiqətən yolda baş vermiş qəza ilə bağlıdır:
 
"Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı sentyabrın 22-si saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Qəza zamanı hər hansı xəsarət hadisəsi qeydə alınmayıb.

Sərnişinlərin Bakıya çatdırılmasını təmin etmək üçün onlar arxadan gələn qatara yerləşdirilib. Böyük-Kəsikdən gələn qatarda sərnişinlərin sayı çox olmadığına görə, bu elə də ciddi problem yaratmayıb. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bununla əlaqədar qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə qeydə alınıb. Hazırda qərb istiqamətindən gələn qatarlar Bakıya yaxınlaşırlar".

Şöbə rəisi əlavə edib ki, qəza baş verməsi səbəblərinin araşdırılması üçün komissiya yaradılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakının mərkəzində kokain satan şəxs saxlanıldı